IQNA

Video | Dubay Quran Müsabiqəsinin ən gənc iştirakçısı qiraət edib

9:52 - April 12, 2022
Xəbər sayı: 3492051
Dubay Beynəlxalq Qurani-Kərim müsabiqəsinin ən gənc iştirakçısının qiraətinin xoş sədası Dubayın Əl-Mumzar rayonunun Mədəniyyət və Elm Simpoziumunun zalında tamaşaçıları və münsifləri valeh edib.

"İQNA", "Əl-bəyan"-a istinadən xəbər verir ki, Dubayda 25-ci Beynəlxalq Qurani-Kərim Müsabiqəsi hər axşam saat 21:00-da Dubayın Əl-Mumzar bölgəsinin Mədəniyyət və Elm Simpozium zalında keçirilir.

14 yaşlı seneqallı yeniyetmə Hacı Şeyx Cah, Dubay Qurani-Kərim Müsabiqəsinin onuncu günündə iştirak edən altı iştirakçıdan ən gəncidir. O, iki il altı ay ərzində bütün Quranı əzbərləyib.

Şeyx Cahın qiraət səsi digər iştirakçılarla müqayisədə ən xoş səslərdən biri idi. Belə ki, o, tamaşaçıların və münsiflərin diqqətini cəlb edib. Zalda olan ər kəs onun qiraətini izləməkdən həzz alıb.

kod

4048628

Teqlər: dubay ، quran ، müsabiqə ، qiraət ، gənc
captcha